İxtisas sahələri

İxtisas sahələri və klinik əhatə

Hər istiqamət üzrə hansı hallarda müraciət etmək olar və müayinə zamanı nə gözləniləcəyi qısa şəkildə izah olunur. Ətraflı məlumat üçün müvafiq xidmət səhifəsinə keçin.

Büllur və katarakta cərrahiyyəsi

Nədir
Gözün təbii büllurunun şəffaflığını itirməsi ilə bağlı vəziyyətlərin cərrahi müalicəsi.
Kimlər
Görmənin tədricən dumanlandığını, işıqdan qamaşmanın artdığını, eynək nömrəsinin tez-tez dəyişdiyini hiss edənlər; kataraktası olduğu bildirilənlər.
Müayinədə
Görmə itiliyi ölçülür, büllurun vəziyyəti qiymətləndirilir, gözdaxili linzanın gücünü hesablamaq üçün ölçmələr aparılır.

Qlaukoma (qara su)

Nədir
Gözdaxili təzyiqin görmə sinirinə təsiri ilə əlaqədar xəstəliklər qrupu.
Kimlər
Ailəsində qlaukoma olanlar, gözdaxili təzyiqi yüksək tapılanlar, görmə sahəsində daralma hiss edənlər.
Müayinədə
Gözdaxili təzyiq, görmə siniri və lazım gəldikdə görmə sahəsi qiymətləndirilir.

Refraksion cərrahiyyə (eynəkdən azad olma)

Nədir
Miopiya, hipermetropiya və astiqmatizmin excimer lazer və ya gözdaxili linza ilə korreksiyası.
Kimlər
Eynək və ya kontakt linzadan asılılığı olan, nömrəsi sabitləşmiş yetkin şəxslər.
Müayinədə
Buynuz qişanın qalınlığı və topoqrafiyası, göz nömrəsinin sabitliyi və gözün ümumi sağlamlığı yoxlanılır; bu ölçmələr üsulun seçilməsini müəyyən edir və bəzi hallarda əməliyyatın uyğun olmadığını göstərir.

Çəplik (strabizm)

Nədir
Gözlərin paralel baxmamasının cərrahi korreksiyası.
Kimlər
Uşaqlar və böyüklər; əvvəllər əməliyyat olunmuş, lakin çəpliyi qalan şəxslər; ikigörmədən şikayət edənlər.
Müayinədə
Çəplik bucağı ölçülür, gözlərin hərəkəti və hər iki gözün birgə işləməsi qiymətləndirilir.

Buynuz qişa

Nədir
Keratokonus, pterigium və buynuz qişanın digər vəziyyətləri.
Kimlər
Astiqmatizmi sürətlə artanlar, keratokonus diaqnozu qoyulanlar, gözündə pərdə böyüyənlər.
Müayinədə
Buynuz qişanın forması və qalınlığı ölçülür; keratokonusda xəstəliyin gedişi izlənilir.

Tor qişa və göz qapağı

Nədir
Gözdaxili inyeksiyalar, tor qişanın lazer müalicəsi, göz qapağı əməliyyatları.
Kimlər
Şəkərli diabeti olanlar, tor qişada dəlik/cırılma aşkarlananlar, göz qapağının sallanmasından və ya göz qapağındakı törəmədən narahat olanlar.
Müayinədə
Göz dibi genişləndirilmiş bəbək fonunda yoxlanılır.

Qeyd: Bu bölmə diaqnoz qoymaq üçün deyil. Eyni şikayət müxtəlif xəstəliklərin əlaməti ola bilər — dəqiq səbəb yalnız müayinə ilə müəyyən edilir.

Qəbul

Hansı istiqamətə müraciət edəcəyinizə əmin deyilsiniz?

Şikayətinizi qısaca bildirin — müayinə zamanı vəziyyət qiymətləndirilir və uyğun yanaşma müəyyən edilir.

Vizitkart

Dr. Ramin Xəlilov
Dr. Ramin Xəlilov Oftalmoloq cərrah · Unikal Klinika
Həkimin nömrəsi(070) 321 52 68
Klinika · telefon və WhatsApp(050) 285 21 85Çağrı mərkəzi: *5005
Klinikanın e-poçtuinfo@unikalklinika.az
Klinikanın iş rejimiHəftənin hər günü, 24/7Həkimin qəbul vaxtını zənglə dəqiqləşdirin

«Kontaktlara əlavə et» bütün nömrələri, ünvanı və profilləri telefonunuzun kontaktlarına bir toxunuşla saxlayır.

«Mirvari suyu», «qara su», «çəpgözlük» kimi xalq adları ilə və ə, ı, ş hərfləri olmadan da axtara bilərsiniz. ↑ ↓ seçinEnter açınEsc bağlayın